ArxivIslamXəbər lentiXəbərlər
Piyada Kərbəlaya gedən azərbaycanlı gördüklərindən yazdı-FOTO

Ərbəin gününün yaxınlaşması ilə Kərbəlaya eşq səfəri də başlayıb. Dünyanın müxtəlif ölkələrindən milyonlarla insan müharibə şəraitində olmasına baxmayaraq axın-axın İraqa yola düşüb. Bu il Azərbaycandan da minlərlə zəvvar İraqa gedib ki, onlardan biri xüsusilə seçilir. Bu Azərbaycandan piyada Kərbəlaya yollanan Sahib Rüstəmlidir. FaktXeber.com-un məlumatına görə, Sahib Rüstəmli səfər zamanı qarşılaşdığı hadisələri və çəkdiyi fotoları həmvətənləri ilə bölüşüb.
![]() “Bu gün səhər İrakın Kut şəhərindən əsas yola çıxanda Kərbəlaya tərəf insan seli gördüm. Həyatımda belə mənzərə görməmişdim. 44 km yol boyu hər 50-100 metrdən bir mukeb yəni xidmət yerləri qurulmuşdu. Dünyanın bütün nemətləri düzülmüşdü. Hamısı da onların ehsanlarından dadmağı təvəqqe edirdi. Hətta üstünə ətir də vururdular”, – deyə Sahib Rüstəmli öz təəssüratlarını bölüşüb.
![]() ![]() ![]() ![]() ![]() ![]() Onun sözlərinə görə, Kərbəlaya qədər insanların yürüş etdiyi 200 km yolda hər 300-400 m-dən bir yola İzrail, Amerika, DAİŞ (yəni İŞİD) yazıblar ki, 100 minlərlə zəvvar onu tapdalayıb keçsin.
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |