PKK terror təşkilatı Türkiyənin İqdır vilayətinin Həsənxan kəndində polislərə hücum təşkil edib.
qafqaz.ir xəbər verir ki, Dilucu sərhəd keçid məntəqəsində xidmət keçən polisləri aparan avtomobil terrorçuların əvvəlcədən yola yerləşdirdikləri mina ilə partladılıb.
Hadisə nəticəsində 10 polis olub, 3-ü isə yaralanıb.
Qeyd edək ki, Dilucu sərhəd keçid məntəqəsi Naxçıvanla sərhəddə yerləşir.