PKK Şırnakda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “Skorsky” helikopterinə hücum edib.
Qafqaz.ir xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.
Məlumata görə, hücum zamanı 1 əsgər ağır yaralanıb. Helikopterin Şırnaka təxris olunan və icazəli olan əsgərləri gətirmək üçün uçduğu bildirilib. PKK-nın hücumundan dərhal sonra “Kobra” helikopterləri terror təşkilatının mövqelərinə aviazərbələr endirməyə başlayıblar.