ArxivXəbərlər

Polisin hicablı xanıma hörmətsizliyi Lənkəranı qarışdırdı

Azadxeber.net-in müxbiri məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxlayıb.Ehsan Zahidov açıqlamasında qeyd edib ki, “Mən bu barədə araşdırma apardım. Yayılan məlumatlar əsassızdır. Nə Lənkəranda, nə də o bölgədə nə dünən, nə də 1 ay bundan əvvəl belə bir hadisə baş verməyib. Bu kimlərinsə bilərəkdən uydurub yaydığı şaiyədir, yalandır.

***

Lənkəran polisi hicablı müəlliməyə qarşı hörmətsizlik edib

Lənkəran inanclılarından İslamazeri.az-a daxil olan məlumata görə, 3 gün öncə Lənkəran polisi Quran dərsi keçən hicablı məllimə Xuraman xanıma qarşı hörmətsizlik edib.

Belə ki, Xuraman xanım aptekdən çıxdığı zaman polis əməkdaşı ona qarşı hörmətsizlik edib, nalayiq sözlərlə onu təhqir edib və zor gücünə polis avtomobilinə mindirib. Polis idarəsində hicablı xanımın çantası yoxlanılıb. Polis bölməsində bildiriblər ki, onun barəsində sələmə pul verməsi ilə bağlı şikayət daxil olub. Daha sonra polis idarəsində bildiriblər ki, onu yanlışlıqla bölməyə gətiriblər.

Dünən axşam saatlarında lənkəranlı gənc dindarlar bununla bağlı toplaşıblar. Ətrafda polis əməkdaşları da olub. Bundan sonra Lənkəran ağsaqqallarından olan Seyid Vüqar bölməyə çağırılıb. Bölmədən Seyid Vüqara bildiriblər ki, hicablı xanıma hörmətsizlik edən polis əməkdaşına sizin gözünüzün qarşısında töhmət vuracağıq və bu tapşırığı kimin ona verdiyini ondan soruşacağıq.

Lakin lənkəranlı dindarlar tələb edirlər ki, həmin polis əməkdaşı işdən çıxarılsın və Lənkərandan qovulsun. Həmçinin bu gün cümə namazında dindarlar Əbülfəzl Abbas (ə) məscidində yığışaraq lazım olan addımları atacaqlarını bildiriblər.

Məlumata görə, Xuraman xanıma hörmətsizlik edən polis əməkdaşının adı Əliyardır.

Qeyd edək ki, AzadXeber.net olaraq baş verən olayla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxladıq. AzadXeber-ə açıqlama verən DİN rəsmisi bildirdi ki, hadisə ilə bağlı araşdırma aparıb ictimaiyyətə məlumat veriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button