ArxivXəbər lentiXəbərlər

Polkovniki Əliqulu Ağaliyev həbs edildi-İŞGƏNCƏ VERDİYİNƏ GÖRƏ

  • İşgəncə verməkdə təqsirləndirilən polis polkovniki Əliqulu Ağaliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 11-nə təyin edilib.

Qeyd edək ki, Ə.Ağaliyevin barəsində Cinayət Məcəlləsinin 293.-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində Ə.Allahverdiyev tanınır.

Onu da qeyd edək ki, Ə.Ağaliyev Qaradağ Rayon Polis İdarəsinin bölmələrinin birində polis-polkovniki vəzifəsində işləyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button