ArxivXəbər lentiXəbərlər
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb
İyulun 9-da Azərbaycan prezidenti İlham Əliyev İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
APA-nın məlumatına görə, Görüşdə siyasi, iqtisadi sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu bildirilib.
Azərbaycan və Türkiyə prezidentləri hərbi sahədə əməkdaşlığının daha da genişləndirilməsi və möhkəmləndirilməsi haqqında söhbət ediblər.
İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün Türkiyəyə səfər edib.