Prezident Məsud Pezeşkiyan İranın sərbəst güləş üzrə milli komandasının kapitanı “Paris 2024” olimpiya yarışlarının gümüş medal sahibi Həsən Yəzdaniyə təşəkkür edərək onun “İran üçün son nəfəsədək” şüarını doğrultduğunu deyib.
İran prezidenti sosial şəbəkədəki öz şəxsi hesabında 86 kq çəki dərəcəsində “Paris 2024” Olimpiya yarışlarının gümüş medal sahibi Həsən Yəzdanini təbrik edərək “ əziz oğlum, Həsən Yəzdani, igidcəsinə döyüşdün, qızıldır əllərin. Sən “İran üçün son nəfəsədək” şüarını doğrultdun. Olimpiya medalımız da mübarək olsun!”deyə yazıb.
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf da “Paris 2024” olimpiya yarışlarının gümüş medal sahibi Həsən Yəzdaniyə təbrik mesajı verib. O “İgid Həsən yerin İranın qəlbindədir”-deyə paylaşım edib.
Qeyd edək ki, ötən gün iranlı pəhləvan Həsən Yəzdani həlledici finalda bolqarıstanlı güləşçi Maqomed Ramazanovla qarşılaşıb. Ramazanov bu qarşılaşmadan öncə amerilaklı peşəkar güləşçi Aron Bruksu məğlub etmişdi.
Filanal qarşılaşmasının ilkin dəqiqələrində qolundan zədə almış Yəzdani rəqibi üzərində qələbə çalmasına baxmayaraq Ramazanov onu dəyirman fəndinə salaraq 6 xal qazanmağı bacarıb. Bolqarıstanlı rəqib sonda İranlı təmsilçiyə 7: 1 hesablı üstünlük qazanaraq qələbə çala bilib. Həsən Yəzdani isə, bu mübarizədə gümüş medala sahib olub.