AktualAktualArxivXəbər lentiXəbərlər
Prezident İlham Əliyev qərbin Azərbaycanda rəngli inqilab fikrində olduğu iddiası, həqiqətdir yoxsa müxalifləri taptalama ssennarisi?

Qafqaz mədəniyyət mərkəzinin raportuna əsasən Azərbaycan prezidenti İlham Əliyev nazirlər kabinetinin iclasında qərbi rəngli inqilab törətməkdə ittiham edərək artırmışdır ki, qərblilər Azərbaycanda dəyişiklik törətmək üçün külli miqdarda vəsait sərf etmişlər. Onlar on milyonlarla dollar qeyri-dövlət təşkilatlarına ayırmışlar. Lakin təhlükəsizlik qüvvələri qeyri-dövlət təşkilatlarının qanunsuz fəaliyyətlərinə mane olmuşdur.
Prezident administrasiyasının rəhbəri və Azərbaycan milli təhlükəsizlik şorasının katibi Ramiz Mehdiyev 2013-cü ilin Mayında İran islam respublikasına səfəri zamanı ölkə rəsmiləri ilə görüşündə qərb və Amerika ölkələrini Azərbaycanda rəngli inqilab törətmək və sabitliyi pozmaq cəhdində ittiham etmişdi. Digər tərəfdən isə Amerikanın Bakıdakı səfiri Robert Çakuta milli məclis seçkiləri ərəfəsində müxaliflərlə təkrar görüşündən sonra Azərbaycan dövlət mediyaları Amerikanın dəyişiklik cəhdini xəbər vermiş və artırmışlar ki, 2015-ci il parlament seçkiləri yeni Azərbaycan hakim partiyasını qüdrətdən kənarlaşdırmaq üçün ən yaxşı fürsətdir.
Amerikanın Bakıdakı səfirliyi isə dərhal verdiyi bəyanatda informasiya vasitələrinin xəbərlərini təkzib edərək bildirmişdi ki, səfirin müxaliflərlə görüşündən məqsəd dövlət müxaliflərinin fikrilə tanış olmaqdır. Indi Azərbaycan işlərinin mütəxəssisləri qarşısına belə bir sual çıxır ki, görəsən Azərbaycan rəsmilərinin rəngli inqilab iddiası gerçəklikdir, yoxsa bu iddiaların arxasında başqa mövzular vardır? Post sovet məkanındakı respublikalarda gedən rəngli inqilablara nəzər saldıqda görürük ki, bu inqilablar Rusyönümlü rəhbərləri olan ölkələrdə baş vermişdir.
Doxsanıncı on illiyin əvvəllərində Əbilfəz Elçibəyin qələbəsindən sonra Azərbaycan indiyə kimi qərbçi siyasətini təyinedici siyasət olaraq saxlamışdır. Hətta qərbin mənafeyinə əsasən bəzən cənub qonşusu İranla üzbəüz dayanmışdır. Bundan əlavə qərbin neft şirkətləri də bu ölkədə fəaliyyət göstərir. Bakı rəhbərlərinin hər bir seçkidən qabaq qərbə hücum edib onları dəyişiklik cəhdində ittiham etməsinin özü bir məsələdir.
Qərb dövlətləri Bakıdan imtiyaz almaq və Azərbaycanın xarici siyasətinin Rusiyaya yönəlməsinə mane olmaq üçün seçkilərdə Azərbaycanı intensiv tənqid edir və seçki prosesində problem yaradırlar. Azərbaycan dövləti də sıradan kənarda qalmamaq üçün qərbi dəyişiklik cəhdində ittiham edir, tənqidçiləri və müxalifləri qərblə əməkdaşlıq ssennarisinə start verir. Hal bu ki, qərbin məqsədi Bakının indiki hakimiyyətini dəyişdirmək deyildir. Azərbaycan rəsmilərinin iddiaları onlara belə bir imkan yaradır ki, seçki prosesində müxalifləri və tənqidçiləri taptalasın.
Bu istiqamətdə son vaxtlar bir sıra qeyri-dövlət təşkilatları və mədəni ictimaiyyət maliyyə şəffaflığı ittihamı ilə məhkəməyə verilmişdir. Müəllifin fikrincə qərblilərin baxımından … onların mənafeyinin regionda ən yaxşı təminatçısıdır və Avropanın enerji təhlükəsizliyini təmin etməyə çalışır. Sikkənin o biri üzünə baxdıqda və Azərbaycan rəsmilərinin qərbə qarşı iddiasını qəbul etdikdə bdlə bir qənaətə gəlməliyik ki, Azərbaycanda rəngli inqilabın həyata keçirilməsi üçün effəktiv qeyri-dövlət təşkilatlarının, qüdrətli partiyaların və karizmatik müxalif rəhbərlərin olması lazımdır. Indiki vəziyyətdə isə müxalifət rəhbərləri bir-birilə dava-dalaşdadırlar və ictimaiyyətin onlara etimadsızlığına görə xalqı səfərbər etmək bacarığına malik deyillər.