“Naradaran işi-3” təxirə salındı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək məhkəmə prosesi təxirə salınıb.
VETENUGRUNDA.AZ-a verilən xəbərə görə, bu gün saat 11:00-a təyin olunan məhkəmə, əvvəlcə 14:30-a təxirə salınıb. 14:30-da isə 15 may, saat 11:00-a təxirə salındığı elan edilib.
Qeyd edək ki, 2015-ci il noyabr ayında Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı “Müsəlman Birliyi” adlı təşkilatın rəhbəri Taleh Bağırov, dəstənin 17 nəfərlik üzvü saxlanılıb.
Daha sonra “Nardaran işi-3” məhkəmə prosesində ittiham edilən ilahiyyatçılar Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyev barəsində də həbs qətimkan tədbiri seçilib. Onlar vətənə xəyanət və digər maddələrlə şərlənərək həbs ediliblər.