Aktual

Pula görə şikəst edilən əsgərimiz

Bu ilin aprelin 2-də hərbi xidmətə aparılan əsgər Quliyev Mikayıl Müşviq oğlu bir neçə gün bundan Sərhəd Qoşunlarının hərbi hospitalından hərbi xidmətə yayarsız hesab olunaraq ordudan tərxis olunub.

Sabirabad rayonunda hərbi xidmətə aparılırəkən çağırışçı Quliyev Mikayıl Müşviq oğlunun dizində bir il əvvəl aldığı zədə nəticəsində ciddi nasazlıq olub və buna baxmayaraq həmin şəxs hərbi xidmətə aparılıb.

Videodan da göründüyü kimi hərbi xidmətə aparılan əsgərin xidmətə yarasız olması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad şöbəsində xəbərdar olublar. Hətta onu Travmatologiya İnstitutunun həkimləri belə müayinə ediblər. Lakin Travmatologiya İnstitutunun Şəmistan və Zakir adlı həkimləri çağırışçıya 300 manat müqabilində hərbi xidmətə yararsız olması barədə tibbi arayış verə biləcəklərini bildiriblər.

Mikayıl Quliyevin valideyni həmin məbləği verə bilmədiyinə görə çağırışçıya hərbi xidmətə yaralı tibbi arayışı verilib. Çağırışçının valideyni məsələ ilə bağlı həmin vaxt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad şöbəsinin rəisinin müavini Yasər İbrahimova müraciət edib. Yasər İbrahimov isə çağırışçıya heç bir möhlət verə bilməyəcəyini bildirib və Mikayıl Quliyev diz qapağında ciddi xəsarət olduğu halda ordu sıralarına göndərilib. Hərbi xidmətdə vəziyyəti pisləşən əsgər hospitala qaldırılıb və məlum olub ki, 3 ay müddətində hərbi xidmətdə olan əsgər Mikayıl Quliyevin diz qapağında ciddi paroblem var. Hazırda ordudan tərxis olunan əsgər Mikayıl Quliyev əsa olmadan yeriyə bilmir və onun ayağının kəsilmə ehtimalı belə var.

Maraqlıdır ki, əsgər Mikayıl Quliyev hərbi xidmətə yarasız olduğu halda orduya məhz əsgər analarının və ictimaiyyət nümayəndələrinin Bakıda etiraz aksiyaları keçirdiyi vaxt aparılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad şöbəsinin rəisinin müavini Yasər İbrahimov ölkədə əsgər ölümləri ilə bağlı yaranmış gərginliyi belə nəzərə almadan hərbi xidmətə yarasız olan şəxsi orduya yollayıb və nəticədə onun şikəst olmasına yol açıb. Yasər İbrahimovun bu «xidməti» isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov tərəfindən mükafatlandırılıb. Belə ki, bir həftə əvvəl Arzu Rəhimov Yasər İbrahimovu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad şöbəsinin rəisi təyin edib.

Əlavə şərhə ehtiyac duymadan həmin videonu sizə təqdim edirik. Xatırladaq ki, şikəst olan keçmiş əsgərlə reportajı Sosial Hüquqların Monitorinq Qrupunun koordinatoru Azad İskəndərli hazırlayıb

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…(tia)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button