Fevralın 18-dǝ Türkiyə Prezidentinin Azǝrbaycana rǝsmi sǝfǝri başlayır
Qafqaz.ir-ın TRT-yə istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan Fevralın 18-də başlayacaq Azərbaycana rəsmi səfəri çərçivəsində ilk olaraq Gəncə şəhərinə gedəcək.
Səfər çərçivəsində Türkiyə və Azərbaycan prezidentlərinin sədrliyilǝ “Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji İşbirliyi Şurasının 5-ci iclası”nın keçirilməsi planlaşdırılır.
Görüşlər zamanı aparılacaq danışıqlarda ikitərəfli əlaqələrin daha da işkişaf etdirilməsi, başda Dağlıq Qarabağ problemi olmaqla bölgədə və dünyada baş verən proseslər ətraflı müzakirə olunacaq, bir çox sahǝdǝ ǝmǝkdaşlığa dair sǝnǝdlǝr imzalanacaq.