“Türkiyə prezidenti Ərdoğanı artıq dəvət etmişəm”
qafqaz.ir-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, Rusiya prezidenti Vladimir Putin iştirak etdiyi tədbirlərin birində, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Krım Cümə Məscidinin açılışına dəvət edib.
“Türkiyə prezidenti Ərdoğanı artıq dəvət etmişəm”, – deyə o qeyd edib.
“Ərdoğan bu haqda xəbərdardır, başa düşdüyüm qədəri ilə, o, bu dəvətə müsbət yanaşıb. Baxaq görək, əslində necə olacaq, onun gəlmək vaxtı, fürsəti olacaqmı”, – deyə Putin əlavə edib.