ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Putin və Əliyev şəxsi əlaqələri davam etdirmək barədə razılıq əldə ediblər

Kremlin mətbuat xidməti iki dövlət başçısı arasında telefon danışığının yekunlarına dair məlumatında bu barədə bildirib.

“Liderlər Rusiya prezidentinin Azərbaycana bu yaxınlarda baş tutan dövlət səfərinin uğurlu yekunlarından məmnunluqlarını ifadə ediblər”, deyə press-relizdə bildirilir.

Prezidentlər qeyd ediblər ki, danışıqlar zamanı əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi Rusiya-Azərbaycan müttəfiqlik və tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə şərait yaradacaq. Bundan başqa, Putin və Əliyev şəxsi əlaqələri davam etdirmək barədə razılıq əldə ediblər.

Sosial şəbəkə istifadəçiləri Putin ilə Əliyev arasındakı şəxsi əlaqələrin ikinci Qarabağ müharibəsinə töhfə verdiyini desələr də eyni zamanda bunun qanuni prossesdən və xalqın gözündən uzaq təhlükəli razılaşmalara da yol aça biləcəyini xatırlayırlar. 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button