ArxivXəbər lentiXəbərlər

Putin: Yalnız Bəşşarın əmri altda olan ordunu rəsmən tanıyırıq

Rusiya prezidenti vurğulayıb ki, ölkəsi yalnız Suriya prezidenti Bəşşar Əsədin əmri altda olan ordunu rəsmən tanıyır.

Əlməyadin telekanalının məlumatına görə, Putin vurğulayıb: Bizim Suriyada hərbi iştirakımız BMT əsasnaməsinə uyğundur və Suriya dövlətinin xahişi əsasında həyata keçibdir.

O, deyib: Suriyada iştirakda məqsəd, dövlətə silahın göndərilməsi, orduya təlimin keçilməsi və vətəndaşlara humanitar yardımların göstərilməsidir.

Frans-Press də xəbər veribdir ki, Rusiya prezidenti İŞİD terror qrupu ilə vuruşmaq istiqamətində region ölkələri ilə koordinasiya üzrə bir çərçivə yaratmağa çalışdığını bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button