ArxivXəbər lentiXəbərlər

Putinin Azərbaycan səfərinin məqsədləri

Politoloq Ərəstun Oruclu deyib: “Putinin səfərinin kökündə Azərbaycanın Riqa sammiti ilə soyuq münasibətlərdən yararlanmaq dayanır

Politoloq Ərəstun Oruclu Deyerler.org-a verdiyi müsahibədə bildirib ki, Azərbaycana səfər edəcək ölkə başçıları mövcud vəziyyətdən istifadə edib müxtəlif mövzularda öz müzakirələrini aparacaqlar: “Mən Putinin Azərbaycana gəlməsini Ərdoğanın gəlməsi ilə əlaqələndirə bilmirəm. Düşünürəm ki, Putinin Azərbaycana səfərinin tərkib hissəsində bu kimi motivlər var.

Oruclunun fikrincə, Rusiya prezidenti Putinin gəlməyinə ciddi səbəblər var. Onlardan biri Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Riqa sammitinə getməməsi, faktiki olaraq Avropa Birliyinin rəsmi olmasa da Azərbaycanın və Belarusun “Şərq Tərəfdaşlığı” proqramından çıxaracağı haqqında bəyanatlardan yaralanmaq istəyir. Bu şəriatdə Azərbaycanı maksimum dərəcədə öz təsir dairəsinə götürmək üçün bu səfər reallaşır. Yəni Putinin Azərbaycana edəcəyi səfərin kökündə bu kimi səbəblər dayanır. Ümumiyyətlə Azərbaycan səfər edəcək ölkə başçıları mövcud vəziyyətdən istifadə edib, müxtəlif mözlurada öz müzakirələrini aparacaqlar. Bu cür simvolik səfərlər baş vermir”.

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Bakıda keçiriləcək I Avropa Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfər edəcəklər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button