ArxivXəbər lentiXəbərlər
Rusiya Ermənistana bu raketləri verdi

Aprel müharibəsindən sonra Ermənistan ordusu çoxlu sayda “Verba” daşına bilən zenit raket kompleksləri alıb.
Axar.az xəbər verir ki, bunu “Hayzinvor” qəzetinə müsahibəsində Ermənistan Hava Hücumundan Müdafiə Qüvvələrinin rəis müavini Artur Poqosyan söyləyib. O, “Verba” ilə yanaşı, İqla-S sistemlərinin də alındığını bildirib.
Qeyd edək ki, Ermənistan keçən ilin fevral ayında İqla-S komplekslərini alacağını açıqlamışdı. “Verba” haqqında isə ümumiyyətlə məlumat verilməmişdi. Erməni mətbuatı Rusiyanın bu silahı satdığı ilk ölkənin Ermənistan olduğunu bildirir.