Türkiyə İranın Məşhəd və daha 4 şəhərində 10 otel tikəcək

Bu haqda Türkiyənin Mədəniyyət və Turizm naziri açıqlama verib
İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Türkiyənin Mədəniyyət və Turizm naziri Mahir Ünal Tehranda imzalanan protokollara əsasən Türk sərmayəçilərin Tehran, Məşhəd, İsfahan, Təbriz və Şirazda ən az 10 otel tikəcəklərini açıqlayıb.
Məlumata görə, Türkiyənin Mədəniyyət və Turizm naziri İran prezidentinin köməkçisi Məsut Sultanifərlə turizmlə bağlı sənədlərə imza atıb.
Türk sərmayəçilər turizm sahəsindəki bilgi və təcrübələrini İranlı həmkarları ilə bölüşəcəklər.
Bundan başqa, Türkiyə və İranın bəzi turizm şəhərlərinə Çin, Hindistan, İndoneziya, Malayziya kimi ölkələrdən iki ölkənin birlikdə tur-paketləri də təqdim olunacaq.