Rusiyanın “Müftilər Şurası”nın təşəbbüsü ilə Perim şəhərində Quran – Kərimin hifzi və tilavəti üzrə yarışlar keçirildi.
“hqmi.orq” xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə, Rusiyanın “Müftilər Şurası”nın təşəbbüsü və “Quran – Kərimin hifzi dünya birliyi”nin həmkarlığı ilə Perim şəhərində Quran – Kərimin hifzi və tilavəti üzrə iki qrupda yarışlar keçirildi.
Rusiyanın Perim şəhərinin sərgilər mərkəzində təkcə kişilərin iştirakı ilə keçirilən bu yarışlarda ölkədən 50 nəfərdən çox Quran fəalı iştirak edib. Onlar Quran – Kərimin kamil hifzi, 2 cüz hifzi və Quranın tilavəti üzrə rəqabət aparıblar.
Hakimləri heyəti 3 nəfərdən ibarət olan bu yarışlarda Şeyx İlham Bibarsov – Perim əyalətinin müftisi, Şeyx Ənvar Eblayov – Rusiyanın müfti müavini, İbrahim Sabirov – “Osman bin Əffan” adına Quran təlimi mərkəzinin müdiri və digər Quran hafizləri və fəalları iştirak ediblər.
Yarışların hədəfi cavanlar arasında Quran – Kərimin tilavəti və hifzinin əhəmiyyətini çoxaltmaq və insanları Quranın ədəb və əxlaqına uyğun yaşamasını təmin etməkdir.