ArxivXəbər lentiXəbərlər
İrəvanda narazı kütlə ilə polis arasında toqquşma – VİDEO

FaktXəbər-in məlumatına görə, Ermənistanın paytaxtı İrəvan şəhərində nümayişçilərlə polis arasında toqquşma baş verib. Bu barədə “News.am” saytı məlumat yayıb. Məlumata görə, narazı kütlə ilə hüquq mühafizə orqanları arasında qarşıdurma Nalbandyan küçəsində də qeydə alınıb.
Azadlıq meydanından yürüşə başlayan etirazçılar Sayat Nova prospektində oturaq aksiya keçirmək istəsə də, polis buna imkan verməyib. Nəticədə qarşıdurma yaranıb.
Qeyd edək ki, nümayişçilər Ermənistanın baş prokuroru Artur Davtyanın istefasını tələb edirlər.
|