ArxivXəbər lentiXəbərlər
Terror məqsədilə Türkiyəyə keçən 4 İŞİD-çi axtarılır – FOTO

Türkiyə güc strukturları irimiqyaslı terror aktları törətmək məqsədi ilə ölkəyə 4 İŞİD üzvü, 3 kişi və 1 qadının Suriyadan daxil olduğunu bəyan edib.Həmin şəxslər təyyarə və ya gəmi qaçırmaq, yaxud nümayişlər zamanı partlayışlar törətməyə dair təlimatlandırılıblar.Saxta pasportlardan istifadə edən terroristlərin fotoşəkilləri artıq kütləvi informasiya vasitələrinə paylanıb. Onlardan 3-ü Türkiyə, 1 isə Qazaxıstanda doğulmuş Almaniya vətəndaşıdır.Qeyd edək ki, axtarışda olanlar arasında Ankarada baş vermiş terror aktında adı keçən Ömer Deniz Dündar da var. |