ArxivXəbər lentiXəbərlər

`Qərbdə baş verənlərə görə növbəyə duranların, Myanmar qətliamına görə səsi belə çıxmadı`

Bu gün “Qələm” Yazarlar Birliyinin təşkilatçılığı ilə dünyada müsəlmanlara qarşı baş qaldıran təzyiqlər və qətliamlara etiraz olaraq dəyirmi masa keçirilib.

Dəyirmi masa ətrafında siyasi xadimlər, ilahiyyatçı alimlər, ictimaiyyət və media nümayəndələri iştirak edib

qafqaz.ir islamsesi-dan aldiyi malomata gore Tədbirdə ilkin olaraq çıxış edən AİP-in sədr əvəzi Hacı İlham Əliyev mövcud dünyagüclərinin islam dünyasına və müsəlmanlara qarşı ikiüzlülük etdiyini qeyd edib:

”Əgər müsəlmanlar Qərb güclərinin istədiklərinə uyğun addımlayanda, onda dərhal dəstək verməyə çalışırlar. Lakin elə ki, onların istəklərinin əleyhinə addım atılan kimi dərhal həqiqi simalarını göstərirlər. Bütün bunların hamısı müsəlmanların bəsirətli olması və qəflətdən ayılıması üçün çox zəruri məsələlərdir. Yəni biz nə vaxta qədər bunların arxası ilə qaçıb, öz əslimizdən, kimliyimizdən və islami dəyərlərimizdən imtina etməliyik? Allah-mütəal müqəddəs Qurani-Kərimdə həqiqi həyatın və xoşbəxtliyin müqəddəs İslamda olduğunu söyləyir. Bizlərin həqiqi həyata və xoşbəxtliyə çatmağımız Allahın bizlər üçün göndərdiyi peyğəmbərlərə və ilahi höccətlərə qulaq asıb itaət etməyimizdədir. Biz nə qədər ki, həqiqi ilahi dəyərlərdən ayrı düşmüşük və bizə məxsus olan dini əcnəbilərin təqdim etdiyi formada mənimsəməyə çalışırıq, bir o qədər də səadət və xoşbəxtlikdən ayrı düşəcəyik.”

Myanmar faciəsinin baş vermə səbəbinin də islam dünyasını fəallaşması və həqiqətləri dərk etməyə başlaması ilə əlaqədar olduğunu söyləyən Hacı İlham Əliyev, “lakin hegemon və siyasi güclər müsəlmanların öz əslinə qayıtmasına imkan vermir. İŞİD kimi terror təşkilatlarının da bu cür islam adına təbliğ edilməsi də düşmənlərin müsəlmanların fəallığının və inkişafının qarşısını almaq üçündür”, – deyə bildirdi: “Onlar İŞİD-i islam adı ilə dünyaya təqdim etməklə həqiqi islamı və müsəlmanları alçaltmaq və gözdən salmaq istəyirlər.”

Hacı İlham Əliyev onu da bildirdi ki, bu gün Myanmarda müsəlmanlara qarşı baş verən basqıların və təzyiqlərin başqa forması da Azərbaycanda yaşanır: “Dünən AİP olaraq partiyamızın 25 illik yubileyimizi qeyd edəcəkdik. Tədbirin mahiyyəti də əslində bir şənlik və bayram keçirməkdən ibarət idi. Lakin hakimiyyətdə oturan müəyyən məmurların islamla və islami dəyərlərlə, həqiqi mənada xalqımızla böyük bir düşmənçilikləri vardır. Bunlar sanki xalqımıza düşmən və qənim kəsiliblər. Başa düşmürlər ki, xalqımızın və ölkəmizin əmin amanlığı həqiqi islamın və ilahi dəyərlərin yayılmasındadır.”

Sonra çıxış üçün söz Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevə verildi. Eldəniz bəy çıxışı zamanı bildirdi ki, islam dünyasına qarşı baş verən iki standartlar açıq riyakarlığa keçib: “Artıq dünyada insanları ayrı-ayrı növlərə bölüb fərqli münasibətlər sərgilənir. Myanmarda baş verən baş verən qırğın və soyqırım vandalizimdir. Mİnlərlə günahsız insanlar qətlə yetirilməsinə baxmayaraq dünya birliyi, özünü mütərəqqi sayan Qərb və ABŞ susur. Bundan da dəhşətli olanı isə bəzi islam ölkələrinin susması oldu. Myanmar qətliamı eyni zamanda dünyada bir nömrəli mükafat kimi dəyərləndirən Nobel mükafatının da siyasi məqsədlərə və hədəflərə xidmət etdiyini göstərdi.”

Ağ Partiyanın sədri Tural Abbaslı isə çıxışı zamanı vurğuladı ki, Azərbaycanın rəsmi dövlət dininin islam və əhalisinin 95%-nin müsəlman olmasına baxmayaraq indiyə qədər qədər Myanmarda baş verən qətliamla bağlı heç bir tədbir keçirilməyib: “Halbuki Qərb ölkələrindən birində xırda bir hadisə olan kimi dərhal hansısa formada reaksiya vermək üçün ictimai təşkilatlar və siyasi partiyalar kiminsə xoşuna gəlmək üçün növbələrə dururlar. Əslində bu xalq olaraq bizim zəifçiliyimizin göstəricisidir ki, xalqımızın təmsilçiliyini siyasi cameəyə daşıya bilmirik. Eyni zamanda bu onun göstəricisidir ki, həm Azərbaycan hakimiyyəti, həm də ki, müxalifəti xalqımızı təmsil etmir. Azərbaycan xalqının dinini və inancını bölüşən insanları isə kənarda saxlamağa çalışırlar. Azərbaycan hakimiyyəti 2 trilyon büdcəsi olan ABŞ-da baş verən hadisəyə görə 10 milyon dollar yardım göndərdiyi halda, Myanmarda müsəlmanların qətliamına görə bir kəlmə də olsun bir söz demədi. Halbuki Azərbaycandakı oliqarxların bir günlük gəlirini Myanmara göndərilsə idi, nə qədər insanın acısını aradan qaldırmaq olardı.”

Sonra çıxış üçün söz Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədliyə verildi. Rövşən Əhmədli çıxışı zamanı ilk öncə AİP-in sentyabr ayının 19-na təyin etdiyi 25 illik yubiley tədbirinin qarşısının polis zorakılığı ilə alınmasını kəskin şəkildə pislədi və bildirdi ki, Azərbaycan İslam Partiyası daima haqq sözünü deyən, Azərbaycan maraqlarını heç bir güc qarşısında güzəştə getməyən yeganə siyasi qurumdur.

Myanmarda baş verən minlərlə körpə, qadın qoca qətliamı ilə bağlı da fikirlərini bölüşən Rövşən Əhmədli, “sözügedən qətliam üçün göstərilə biləcək heç bir səbəb və amil, bu vəhşiliyə bəraət qazandıra bilməz. Çox təəssüf ki, Myanmarın prezident kürsüsündə təyin edilən Nobelk mükafatlı xanımı da, müsəlmanları qətlə yetirənlərin marağından çıxış edir. Dünya birliyi zamanında Qarabağda və Xocalıda baş verən qırğınlara necə münasibət sərgiləmişdirsə, hazırda da Myanmardakı müsəlman qətliamlarına eyni münasibət göstərir”, – deyə bildirdi.

AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova isə çıxışı zamanı vurğuladı ki, müsəlman qətliamına görə heç kəsin susmağa haqqı yoxdur və hər birimiz bu qətliamlara öz etirazımızı bildirməliyik. Hətta ölümümüz hesabına olsa belə məzlumların müdafiəsi üçün əlimizdən gələni etməliyik.

AİP-in sədr müavini, ilahiyyatçı-alim Emil Rahiloğlu isə qeyd etdi ki, dünyada nə qədər böyük və hegemon güclər, şeytanlar varsa bir o qədər də zülm və qətliamlar olacaq: “Bu baxımdan da heç bir şeytandan və gücdən təvəqqemiz olmamalıdır. Hətta bu dəstəyi zehnimizdə belə təsəvvür etməyimiz yolverilməzdir.”

Dəyirmi Masada çıxış edən digər natiqlər də dünyada müsəlmanlara qarşı baş qaldıran təzyiqlərin və törədilən qırğınların başında super güclərin, xüsusən də ABŞ və Qərbin dayandığını vurğulayıblar. Bu təzyiqlərə qarşı mübarizədə İslam ümmətinin birləşməsinin vacib olduğunu bildiriblər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button