2022-ci ildə Avropa ölkələrindən 350 nəfər Azərbaycana deportasiya olunub.
“Qafqaz.ir” xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, deportasiya olunanların çoxu Almaniyadandır.
Qurum rəhbəri bildirib ki, ümumilikdə 2150 nəfərin readmissiyası nəzərdə tutulub.