Xəbərlər

Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) yeni dəmir yolu layihəsinin tikinti işləri ilə tanışlıq olub

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan və Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizində dəmir yolu şəbəkəsinin qurulmasına maraq göstərən dövlətlərin Tehrandakı diplomatik nümayəndələrinin təmsilçiləri noyabrın 17-də Qəzvin və Rəşt ərazilərində sözü gedən layihənin icrası ilə əyani tanış olublar.

Qəzvindən yeni tikilmiş dəmir yolu ilə “Şirin su” stansiyası yaxınlığınadək qatarla 30 kilometr məsafə qət edən diplomatlar Rəştdəki Manjil gölü üstündən keçən körpü ilə də tanış olublar.

Sonra tikintinin icraçısı – “İran Asten” şirkətinin ofisində Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun layihəsi nümayiş etdirilib.

İştirakçıları səmimiyyətlə salamlayan Gilan vilayətinin rəhbəri Məhəmmədəli Nəcəfi yeni dəmir yolunun əhəmiyyəti, tranzit imkanları, bu polad magistraldan istifadə edəcək ölkələrin iqtisadi inkişafındakı perspektivlərdən bəhs edib.

Azərbaycan Respublikasının İrandakı səfiri Cavanşir Axundov Qəzvin-Rəşt- Astara (İran)-Astara (Azərbaycan) yeni dəmir yolu layihəsinin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində yeri və rolundan bəhs edərək qeyd edib ki, Azərbaycan tərəfi bu layihənin gerçəkləşməsi üçün ciddi səylər göstərir.

Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) yeni dəmir yolu layihəsinin işçi qrupunun II iclası noyabrın 18-də Ənzəli şəhərində keçiriləcək. Azərbaycan Respublikasını iclasda Nəqliyyat Nazirliyinin məsul şəxsləri və Tehrandakı səfrliyimizin nümayəndəsi təmsil edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button