ArxivXəbər lentiXəbərlər

Qafqaz bölgəsinin Suriyada ən təhlükəli terrorçusu öldürülüb

Səlahəddin Şişani ötən gün Həma əyalətinin cənub-şərqində gedən döyüşlərdə Suriya Ordusu tərəfindən məhv edilib.

İslaminSesi.info bu barədə əl-İlam əl-Hərbi adlı media qurumuna istinadla xəbər verir.

Səlahəddin Şişani əl-Qaidənin Suriya qolu “Ən-Nusra Cəbhəsi” (hazırki adı Heyət Təhrir-Şam) tabeçiliyində olan “Ceyşul-Əsir” birləşməsinin komandanı idi.

O həm də sabiq “Ceyşul-muhacirin vəl-ənsar” qruplaşmasının komandanı idi. Azərbaycan və Qafqazadan Suriyaya gedib “Ən-Nusra Cəbhəsi”nə qoşulanlar əsasən bu birləşmənin tərkibində Suriya Ordusuna qarşı döyüşürdülər.

Səlahəddin Şişani ötən gün Həma əyalətinin Hilfaya rayonunun Zlin-Zleqat kəndləri istiqamətində gedən döyüşlərdə məhv edilib.

Son dövrlərdə Səlahəddin Şişani Suriyada “ən-Nusra Cəbhəsi” tərkibində olan ən təhlükəli terrorçu hesab edilirdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button