ArxivXəbərlər

Qafqaz Müsəlmanları İdarəsi(QMİ) İranda nümayəndəlik yaradır, növbədə Səudiyyə Ərəbistanıdır

5C5FC579-C78F-4AF7-A0A4-27FB5044496A_cx0_cy5_cw0_mw1024_s_n
QMİ Qazılar Şurasının üzvü, Fətva şöbəsinin müdir müavini Şamil Rəsulov QMİ-nin İranda nümayəndəsi təyin olunub.
QMİ-nin İran nümayəndəliyinin Qum şəhərində açılması planlaşdırılır və ofis yeri müəyyənləşdirilir. Nümayəndəlik yaranması ilə bağlı sənədləşmə işləri aparır və təşkilati işlər başa çatandan sonra fəaliyyətə başlaması gözlənilir.
QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Turan-a bildirib ki, nümayəndəliklərin açılması dövlət başçısının 2011-ci il iyul fərmanı ilə bağlıdır. Belə ki, xaricdə yaşayan azərbaycanlıların dini tələbatlarını ödəmək üçün QMİ-yə dini nümayəndəliklər açmaq hüququ tanınıb.
Bu mənada QMİ-nin Gürcüstanda, Rusiyanın Moskva və Dərbənd şəhərlərində, Türkiyədə artıq nümayəndəlikləri fəaliyyətdədir.
Qeyd olunub ki, artıq QMİ Səudiyyə Ərəbistanında nümayəndəliyini açmaq üzərində iş apaırır./contact.az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button