Bu gün Azərbaycan İslam Partiyasının rəhbərliyi və bir qrup üzvü 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət edib. Vətənin azadlığı uğrunda canını fəda etmiş həmvətənlərimizin ruhuna dualar oxunub, qəbirləri üzərində gül dəstələri qoyulub.