ArxivXəbər lentiXəbərlər

Ayətullah Xamenei: Yalanlarınıza vaxt sərf edə bilmərəm

Ayətullah Xamenei Tehranın nüvə müqaviləsinə sadiq qalacağını, ancaq ABŞ-ın müqavilədən çıxmasından sonra İranın da razılaşmanı pozacağını bildirib.

qafqaz.ir İslamazeri.com-a istinad gore  xəbər verir ki, dövlət kanalında tələbələrin qarşısında çıxış edən İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei bildirib ki, “ABŞ Prezidentinin yalanlarına və atmacalarına vaxt xərcləmək istəmirəm. Hər kəs bunu bilməlidir ki, ABŞ məğlub ediləcək!” Nüvə müqaviləsi mövzusuna da toxunan Ayətullah əlavə edib ki, “Bütün imza sahibləri hörmət göstərsə, Tehran da müqaviləyə sadiq qalacaq, ancaq ABŞ nüvə müqaviləsindən çəkilsə, İran da müqaviləni pozacaq.”

Avropanın məsələyə dəstəyini məmnuniyyətlə qarşıladığını bildirən Ayətullah Xamenei, “Avropa ölkələri müqaviləyə olan dəstəklərini bildirib və Trampı pisləyib. Tramptan müqaviləni pozmamasını istəmək kifayət deyil, Avropa ABŞ tərəfindən görülən tədbirlərə qarşı durmalıdır.” -, deyə əlavə edib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button