İsrail rejim ordusu Qəzzə zolağının mərkəzi bölgəsinin “Əd-Dərac” məntəqəsidə məktəbə endirdiyi hava zərbələri nəticsəində 125 nəfər günahsız fələstin vətəndaşı şəhid olub.
Bildirilir ki, köçkün və didərgin fələstinlilərin sığındığı yer kimi istifadə olunan “Ət-Tabein” adlı bu məktəb sübh namazı vaxtı sionist rejim qırıcıları tərəfindən bombardman edilərək yurdlarından didərgin düşən cəm namazına qalxmış sakinləri qana boyayıb.
Məlumata görə, bu qanlı və vəhşi hücumda şəhadətə çatmış günahsız qurbanların çoxu uşaqlar və qocalar olmuş və yüzlərlə fələstinli yaralanmışdır.
Şahidlərin sözlərinə görə, dəhşətli hücum və partlayışın nəticəsində param-parça olmuş cənazələr ətrafa səpələnib.
Geniş miqyaslı dağıntılar, şəhid və yaralıların çoxluğu səbəbindən yerli xilasedici və əhalinin köməyi yetərsiz olduğu bildirilir.
Qəzzənin mülki şəxsələrin müdafiə komitəsi sionist rejiminin “Əd-Dərac” məntəqəsidə yerləşən “Ət-Tabein” adlı bu məktəbə edilmiş bu hücumla bağlı məlumat yayaraq bildirib ki, bu sığıncaqda olan didərginlərin 90 %-i amansız hücum nəticəsində şəhid edilib.
Bundan əlavə bildirilib ki, Sionist rejim qırıcılarının Qəzzənin şimal və mərkəzi bölgələrinə etdiyi hava hücumları nəticəsində onlarla fələstinli şəhid edilib. Qırıcılar Ən-Nuseyrat məntəqəsində yaşayış evini bombardman etməsi nəticəsində beş nəfər şəhid olub.
Ötən günün xəbərlərinə görə isə, sionist rejimin Qəzzənin mərkəzi və cənub bölgəsinə etdiyi hücumlarda ən azı 25 fələstinlinin şəhid edlidiyi bildirilib.
Qeyd edək ki, genosid İsrail rejiminin ötən ilin oktyabr ayından Amerikanın birbaşa dəstəyi ilə Qəzzədə apardığı geniş miqyaslı amansız müharibə nəticəsində məzlum və köməksiz xalqın qırğını ilə nəticələnən hücumlarında 40 minə yaxın insan şəhid edilmiş və 91 mindən çox insan yaralanmış və on mindən çox insan itkin düşmüşdür.