ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qarabağa qayıtmaq istəyənlər nədən rahatsızdırlar?

Bu ehtiyac və gözləntiləri üzə çıxarmaq üçün Qadın, Sülh və Təhlükəsizlik üzrə Məşvərət Şurası “Məcburi köçkünlərin Qarabağa qayıdışı: Prosesə gender baxışı” adlı araşdırma aparıb və bu çərçivədə 705 köçkün qadın arasında sorğu keçirib.
Gənclər qayıtmağa elə də həvəsli deyillər
Sorğuya qatılanların “Qarabağa qayıtmağı düşünürsünüzmü” sualına cavablarından aydın olur ki, məcburi köçkünlərin çoxu qayıtmaqda maraqlıdır. Respondentlərin 70.6 faizi Qarabağa qayıtmağı düşündüyünü bildirib. Sorğu iştirakçılarının 15.1 faizi Qarabağa qayıtmaq istəmədiyini, 14.3 faizi isə, hələlik, qərarsız olduğunu dilə gətirib.
Məcburi köçkünlərin böyük bölümü Qarabağa qayıtmaqda maraqlı olduğunu bildirsə də, sorğuya qatılanların müxtəlif sosial-demoqrafiq göstəricilər üzrə təhlili göstərir ki, bəzi sosial qruplar arasında qayıtmaq istəyənlərin payı ortalama göstəricidən daha aşağıdır. Məsələn, respondentlərin yaş qrupları üzrə “Qarabağa qayıtmağı düşünürsünüzmü” sualına cavablardan aydın olur ki, 60 yaşdan yuxarı şəxslərin 89 faizi bu suala müsbət cavab versə də, 18-29 yaş qrupunda eyni göstərici 61 faizdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button