ArxivXəbər lentiXəbərlər
Qarabağ; Dünyanın ən önəmli münaqişələrindən biri

Latviya prezidenti Dağlıq Qarabağ münaqişəsini dünyanın ən önəmli münaqişəsi adlandırıb.
APA İnformasiya Agentliyinin məlumatına görə, Latviya prezidenti Raymonds Veyonis çərşənbə günü BMT Baş Assambleyasının 71-ci sammitində deyib: Abxaziya və Cənubi Osetiya münaqişələri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq proqramların prioriteti olmalı və tez bir zamanda həll olunmalıdır.
Latviya prezidenti həmçinin bildirib: Bütün ölkələr beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməli və ölkələrin ərazi bütövlüyü və qanuni sərhədlərinə hörmətlə yanaşmalıdırlar.