AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbildə “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü” münasibətilə peşəkar konfrans keçirildi

“19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü” münasibətilə Mühəqqiq Ərdəbili Universitetində peşəkar konfrans keçirilb. Konfransa “Səhər”  beynəlxalq televiziya kanalının Azəri bölməsinin rəhbəri də qatılıb.

Qafqaz Mədəniyyət Mərkəzi – Ali Məqamlı Rəhbərin Mühəqqiq Ərdəbili Universitetində ofisinin rəhbəri höccətül-islam vəl-müslimin Seyfullah konfransda çıxış edərək dinin müxtəlif ölkələrin xalqları arasında vəhdət amili olduğunu açıqlayaraq deyib: “Xalqlar din əlifbasını öyrmənmək istəyirlər”.

O artırıb: “19 yanvar səhər saat 10-da artıq İranın geniş sərhədlərinə çoxlu cəmiyyət toplaşmış və izdiham yaranmışdı. Onlar əllərində İmam Xomeyninin (rh) portretlərini tutaraq İrana tərəf gəlirdilər”.

Cənab Seyfullah 19 yanvarda  azəri dilli xalqın qeyrət və vahid iradə ilə İran sərhədlərini öz üzlərinə açmalarından söz açaraq deyib: “Azəri dlli xalq rus dövlətinin zülm və cinayətindən qurtularaq İslami İrana pənah gətirdilər. Müsəlman İran ölkəsi də öz sərhədini bu böyük xalqın üzünə açaraq İran İslam Respublikası tarixində qızıl səhifə yaratdı”.

Ali Məqamlı Rəhbərin Mühəqqiq Ərdəbili Universitetində ofisinin rəhbəri daha sonra vurğulayıb: “İslam tarixinin hazırkı əsas problemi İslam müxaliflərinin təhrif etdiyi əlifbanın qaytarılmasıdır. Bu məsələnin gerçəkləşəməsi ilə azəri dilli müsəlmanlar öz əsillərinə qayıdacaq. Bu hərəkət yalnız dünya müsəlmanlarının vəhdəti və həmrəyliyi sayəsində mümkündür”.

Mühəqqiq Ərdəbili Universitetinin ədəbiyyat və humanitar elmlər fakültəsinin müdiri doktor Həbib İbrahimpur dünya azərilərinin dəstəklənməsi məqsədilə 19 yanvarın “Dünya Müsəlman Azərbaycanlıları Günü” adlanmasını təqdirəlayiq hesab edib. O artırıb: “Din və mədəniyyət xalqların həmrəylik amili sayılır. Bütün xalqlar bu iki prinsipə görə bir yerə toplaşa bilərlər”.

Dövlət yaratmaq üçün müəyyən meyarlar lazım olduğunu və xalqın müəyyən ərazidə xas bir hökumətin rəhbərliyi altında qərar tutmasını qeyd edən dekan artırıb: “Millət yaratmaq üçün də iki əsas prinsip lazımdır: din və dil”.

“Səhər”  beynəlxalq televiziya kanalının Azəri bölməsinin rəhbəri Abdullah Bəhrülülumi, 19 yanvarı əsilliyə qayıdışı xatırladan bir gün adlandıraraq deyib: “19 yanvarda Zaqafqaziya xalqının tarixi hərəkətinin şahidi olduq. Onlar bu hərəkətləri ilə öz əsillərinə qayıtdılar”.

“Əliyevin “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adlandırması məsələsinə diqqət etməklə biz o zaman bu fürsətdən istifadə etməli idik”-deyə o artırıb.

  1. Bəhrülülumi vurğulayıb: “İran, İslam İnqilabı ilə tanınma vəsiqəsi aldı və dini mədəniyyətin dəvətçisidir”.

Səhər kanalının Azəri bölməsinin müdiri Türkiyənin o zaman pantürkizmdən dəm vurmasından danışaraq deyib: “O zaman siyasi oyunlar prosesi Azərbaycan Respublikasında bir sıra şəxsiyyətlərin hakimiyyət başına gəlməsinə səbəb oldu”.

O vurğulayıb: “Qərb dünyasında məktəbləşmə prosesində intihab və moderinzm dövründən sonra məktəbləşmələr eyniyyətə təkid edir və subyektliyə də işarə edir”.

Bəhrülülumi həmçinin deyib: “Sovetlər Birliyi kimi geniş ərazilərə və müxtəlif mədəniyyətə, xüsusilə də İran köklü mədəniyyətə sahib ölkələrdə siyasi oyunlar başqa formada irəliləyirdi. O zaman faciəli siyasi oyunlar izlədilər və əlifbanı dəyişməklə xalqın öz zəngin mədəniyyəti ilə əlaqəsini kəsdilər, öz istədiklərini onların zehninə yeritdilər”.

 O artırıb: “İran ədəbiyyatı cisminə həlakedici zərbələr vuruldu və bu o qədər ağır idi ki, uzun illər cəhd etməyimizə baxmayaraq, onu qaytara bilməmişik”.

Bəhrülülumi elitaya tövsiyə edərək deyib: “Öz əslinə qayıtmış müxatəbimiz üçün ən böyük xidmətimiz onların əlindən alınmış əlifbanı özlərinə qaytarmaqdır. Onlar bu əlifbanı öyrəndikdə öz ədəbiyyatlarının geniş dəryalarını fəth edəcəklər”.

نشست_19_ژانویه-2

نشست_19_ژانویه-1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button