Aktual

Qarabağ müharibəsi barədə Sepah-ın sabiq komandanından şok açıqlama

İran İslam Respublikası Quruluşunun Məsləhəti Şurasının katibi deyib: İran Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikası ordusunu təchiz etməklə yanaşı, Azərbaycanın partizan qüvvələrinə də hərbi təlimlər keçib.
Ermənistan-Azərbaycan müharibəsi dönəmində Sepah-ın komandanı olan Möhsün Rzayi Beynəlxalq Səhər Kanalı ilə eksklüziv müsahibədə şok məlumatlar açıqlayıb və deyib: Şəxsən göstəriş vermişdim ki, Qarabağ didərginlərinin vəziyyəti dərhal araşdırılsın və Azərbaycan Respublikası ordusunun ixtiyarına hərbi təchizatlar və hərbi sursat verilsin. Hətta, Azərbaycan silahlı qüvvələrinə hərbi təlimlərin keçirilməsi haqda da göstəriş vermişdim.
Sepah-ın keçmiş komandanı Qarabağ müharibəsində çoxlu sayda iranlının da şəhid və onların məzarlarının Bakıda olduğunu da bildirib.
İran İslam Respublikası Quruluşunun Məsləhəti Şurasının katibi iranlılar və azərbaycanlılar arasındakı ortaqlıqlara işarə edərək, deyib: Biz həmiş çətin günlərində azərbaycanlıların kənarında olmuşuq və bu gün də onların yanındayıq. Biz Qarabağın Azərbaycana qaytarılmasında da onlara kömək etməyə hazırıq.
Möhsün Rzayi sonda deyib: Qarabağ İslam torpağıdır və sülhsevər yollarla Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edilməlidir.

Detallar


İran İslam Respublikası Quruluşunun Məsləhət şurasının katibi və İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın keçmiş komandanı Möhsün Rzayi Beynəlxalq Səhər Kanalının müxbirinə verdiyi müsahibə zamanı Qarabağ müharibəsi zamanı İranın Azərbaycana olan yardımlarından danışıb.
Möhsün Rzayi Səhər kanalı müxbirinin “Bəziləri çalışırlar ki, Qarabağ müharibəsi zamanı İranın Azərbaycana olan yardımlarını az əhəmiyyətli məsələ kimi qələmə versinlər. Qarabağ müharibəsi zamanı Sepah-ın komandanı olmuş bir şəxs kimi bu barədə sizin fikirləriniz necədir?” sualına cavab olaraq deyib: “İlk öncə Qarabağ didərginlərini İranda qəbul və onlara yardım etdik.  Sonra oarda hərbi hissə yaratdıq və hərbi təlimlər keçdik. Azərbaycan ordusuna çoxlu hərbi təlimlər keçdik. Çoxlu silah-sursat verdik. Azərbaycan Respublikasına etdiyimiz xidmətləri görməməzliyə vurmaq olmaz.”
Möhsün Rzayi sözlərinin davamında belə dedi: “Biz Azərbaycan Respublikasını müdafiə üçün bu işi etdik. Çünki inanırıq ki, heç bir ökləyə təcavüz edilməməlidir. Buna görə özümüzə borc bildik, getdik və bir çox xidmətlər göstərdik. “
Səhər kanalının müxbiri daha sonra Azərbaycan Respublikasını himayədə Sepah-ın nə kimi məqsədlərə malik olduğunu soruşub.
İİR-sı Quruluşun Məsləhət Şurasının katibinin bu sala cavabı belə olub: “Sepah-ın mövqeyi Azərbaycan Respublikası ərazilərini mərdliklə müdafiə idi. Artıq, Azərbaycan xalqının öz müstəqilliyini əldə etdiyi bir şəraitdə ona heç bir təcavüz olunmamalıdır. “
Möhsün Rzayi əlavə edib: “Siz nə üçün demirsiniz ki, Bakıda və Azərbaycan qəbiristanlıqlarında dəfn olunan şəxslərin çoxu ya Təbrizli, ya Ərdəbilli, ya Xoylu, yada ki, Miyandablıdır. Onlar Azərbaycanın müdafiəsi üçün döyüşüblər. Biz Azərbaycan Respublikası xalqını özümüzə dost və qardaş hesab edirik. Onlar bilməlidirlər ki, istənilən çətinlik qarşısında tək deyillər. İran xalqı onların yanındadır. İran xalqı icazə verməyəcək ki, onlar çətinliklər qarşısında tək qalsınlar. Bu sözlər İran və Azərbaycan Respublikası xalqları ilə düşmən olanların sözləridir ki, iki ölkə xalqını qardaş olaraq bir-birinin kənarında görmək istəmirlər. “
Sepah-ın keçmiş komandanı Beynəlxlaq Səhər Kanalının müxbirinə verdiyi eksklüziv müsahibənin sonunda dedi: “Mənim qənaətimcə, İran ilə Azərbaycan Respublikası arasındakı münasibətlər ən yaxşı səviyyədə olmalıdır. Qarabağ münaqişəsi də sülh yolu ilə həll olunmalıdır. İran isə səmimi vasitəçi ola və Qarabağ məsələsini həll edə bilər, İnşallah.”

azeri.sahartv

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button