“Allah oğlumu öldürənlərin cəzasını verəcək”

Sabir Hüseynov qeyd edib ki, istintaqda yenilik olmasa da, qətli kimlərin törətdiyi bilinir: “Qatil haqqında deyilənlərin hamısı bir nağıl idi. İndi hər şey açılıb. Onsuz da məzarı üstündə hər şeyi açıq danışırlar. Allah oğlumu öldürənlərin cəzasını verəcək”.
Sabir Hüseynov gəlini və nəvəsi ilə əlaqə saxlaya bilmədiklərini deyib: “Norveçdə ünvanlarını dəyişiblər, əlaqəmiz kəsilib”.
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaqı Milli Təhlükəsizlik Nazirliyi aparır. Azərbaycanın hüquq mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb. Jurnalistin ölümündən bir il sonra onun həyat yoldaşı Ruşaniyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib.