ArxivXəbər lentiXəbərlər

“Qarabağ münaqişəsinin həllində faktiki heç bir irəliləyiş yoxdur”

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud “status-kvo” ATƏT Parlament Assambleyası üçün qəbuledilməzdir və tezliklə sülh yolu ilə dəyişdirilməlidir”.

“Azərtac”-ın verdiyi məlumata görə, bunu ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Milli Məclisdə təmsil olunan partiya rəhbərləri ilə görüşdə səsləndirib.

K. Vigenin Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupunun fəaliyyətindən razı olmamasını başa düşdüyünü deyib: “Çünki münaqişənin həllində faktiki heç bir irəliləyiş yoxdur. Yalnız ATƏT-in Minsk qrupunun üzvləri deyil, digər ölkələr də münaqişənin həllinə öz töhfələrini verməlidirlər”.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button