İstanbulda keçirilən İslam Konfransı Dialoq və Əməkdaşlıq Gənclər Forumu (İKGF-Dİ) “Müsəlman Gənclərin Qüdsdə Həll Təklifləri” sorğusunun “Facebook” tərəfindən “Dəhşətə salan məzmun” olma ittihamıyla əngəlləndiyini açıqlayıb.
Qafqaz mədəniyyət mərkəzi – Açıqlamada 16 yaşındakı fələstinli Fevzi əl-Cuneydinin 25-ə yaxın silahlı İsrail əsgəri tərəfindən nəzarətə alındığı fotonun olduğu səhifənin və demokratik dəyərlər çərçivəsində ifadə azadlığının əngəllənməsinin qəbuledilməz olduğu vurğulanıb.
“Facebook”un davranışının sosial mediada etirazla qarşılandığı qeyd edilən açıqlamada İKGF tərəfindən “Facebook” rəhbərliyinə açıqlama üçün rəsmi müraciət edildiyi də bildirilib.