AktualAktualArxivIslammədəniyyatQarabağŞəkilSONXƏBƏRLƏRXəbər lentiXəbərlər
Qarabağ şəhidləri Ərdəbilin Qüds məscidində anıldı-Foto

5 dekabrda günortadan sonra Ərdəbilin Qüds məscidində Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olanlar üçün anım mərasimi keçirildi.
Qafqaz Həqiqətləri xəbər verir ki, Azərbaycan Respublikasının qələbəsi və 27 il Ermənistanın işğalında qalmış Qarabağın azad edilməsinin ardınca İranın azərilər yaşayan bölgələrinin sakinləri öz azərbaycanlı qardaşları kimi sevinc və şadlığa qərq oldular.
Qarabağın işğaldan azad edilməsində hüseynçilik və şəhadəttələblik əhval-ruhiyyəsinin rolunu görməmək olmadığı kimi bu günlər İranın və Azərbaycan Respublikasının məscidlərində Qarabağ şəhidlərinə anım mərasimlərinin keçirilməsinin şahidiyik.
Ərdəbilin Əhli-beyt (ə) sevər və şəhid yetişdirən əhalisi dünən günortadan sonra səhiyyə protokollarına və ictimai məsafəyə riayət etməklə, Qarabağ şəhidlərinə anım mərasimi keçirdilər və İslam şəhidlərinin məqamını uca tutdular.
Mərasimdə höccətül-islam Əzizpur xütbə oxuyaraq Aşura məktəbinin xüsusiyyətləri və Azərbaycan Respublikasının son qələbələrində şəhadəttələblik əhval-ruhiyyəsinin rolundan danışdı.
Xətib, Ali Məqamlı Rəhbərin “Qarabağ İslam torpağıdır” məşhur cümləsinə işarə edərək deyib: “İran İslam Respublikası həmişə işğalçılıq və təcavüzə qarşı olmuşdur. Qarabağ ərazilərinin azad olunması uğrunda gedən son döyüşlərdə biz müsəlman Azərbaycan xalqının yanında dayandıq və onlara dəstəyimizi bildirməklə öz dini vəzifəmizə əməl etdik.”
Sonda mərasim iştirakçıları şəhidlərin ruhuna Quran oxuyub və dualar etdilər, İslam şəhidlərinin yolunun davam edəcəyinə təkid etdilər.