AktualAktualArxivXəbər lentiXəbərlər
Qarabağ, SSRİ-dən Rusiyaya miras qalmış isti və kor düyün

Azərbaycan Respublikasının ərazisi olan Dağlıq Qarabağ ermənilər tərəfindən işğal edildi və 1994-cü ildə atəşkəsdən sonra bu Qarabağ regionu ermənilərin əlindədir. Ərazisi 4378 kv.km. və əhalisi təqribən 250 min nəfərə çatan, Bakı və İrəvan arasında siyasi və hərbi qarşıdurmalar meydanına çevrilmişDağlıq Qarabağ, Sovetlər Birliyinin Rusiya üçün qoyduğu mirasdır.
Qafqaz Mədəniyyət Mərkəzi – Tarixi baxımdan Qarabağ regionu Səfəvilər dövründə İranın siyasi hökumətinin tabeliyində olmuşdur və Gülüstan müqaviləsindən sonra Rusiya çarlığı tərəfindən işğal olunmuşdur. Sovetlər Birliyi dönəmində onun bir hissəsi Azərbaycan Sovet Sosialist Respublikasına, Zəngəzur bölgəsi isə Ermənistan Sosialist Respublikasına verildi. Əhalisinin çoxu ermənilərdən ibarət olan dağlıq hissəsi isə Dağlıq Qarabağ Vilayətistatusu ilə Azərbaycanın nəzarətinə verildi.
Azərbaycan və Ermənistan ölkələrinin coğrafi xəritəsinə diqqət etdikdə onların ərazilərində bölgü mürəkkəbliyi və Dağlıq Qarabağın mövqeyi göstərir ki, əgər bu iki ölkə, beynəlxalq camiə, xüsusilə də SSRİ-nin varisi olan Rusiya bu problemin həll olunması üçün bir çarə qılmasa, məntəqə yenə də təkrar müharibələrin və gərginliklərin şahidi olacaq.
1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlanmış Qarabağ münaqişəsi məntəqə üçün o qədər həssas və mənfi nəticələri vardır ki, BMT TŞ-sı 1993-cü ildən indiyədək 4 qətnamə qəbul etmişdir:
“BMT TŞ 822 saylı qətnaməsi”; qarşıdurmanın dayandırılmasının lüzumu.
“BMT TŞ 853 saylı qətnaməsi”; Azərbaycan Respublikasının və məntəqənin digər ölkələrinin hakimiyyətə və ərazi bütövlüyünə təkid.
“BMT TŞ 874 saylı qətnaməsi”;822 və 853-cü qətnamələrin güclənməsi, Azərbaycan Respublikası ərazilərinin işğal olunması terminindən istifadə edilməsi.
“BMT TŞ 884 saylı qətnaməsi”; iki ölkə arasında silahlı qarşıdurmanın şiddətlənməsindən narahatlıq.
Avropa Parlamenti də BMT TŞ-nın qətnamələrindən sonra münaqişənin dinc yolla həll olunmasında Avropa Birliyinin fəal iştirakına təkid etmiş, bir ölkənin torpaqlarının digər ölkə tərəfindən işğal edilməsi qarşısında öz möqeyini bildirmişdir.
Qətnamənin məntnində vurğulanmışdır ki, Qarabağ münaqişəsi BMT TŞ-nın 4 qətnaməsi əsasında həll edilməlidir.
Digər tərəfdən Qarabağa görə 35 min insanın həlak olması, 800 min nəfərin köçkün düşməsi 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs müqaviləsinin imzalanmasına gətirib çıxartdı. Lakin münaqişə kül altında qalmış közə döndü.
2016-cı il 2 apreldə Bakı və İrəvan arasında baş verən 3 günlük toqquşma təqribən mükəmməl bir müharibə idi. Bu hadisələr dünyanın diqqət mərkəzinə çevrildi və bütün mətbuat və KİV-in ön xəbərlərində özünə yer tutdu. Bu son toqquşmada hər iki tərəfin çoxlu silah-sursatı məhv edildi, onlarla hərbçi və dinc əhali həlak oldu.
Bu toqquşma səbəb oldu ki, hər bir dövlətdən daha çox öz siyasi xəlvət həyatı hesab etdiyi postsovet ölkələrində öz ənənəvi nüfuzundan narahat olanRusiyaməsələyə ciddi yanaşsın. Ona görə də 5 apreldə Moskvanın təlaşları, Bakı və İrəvanın müsbət cavabı ilə yenidən atəşkəs yarandı.
ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya, Ameika və Fransa Qarabağ münaqişəsinin həll edilməsi məsuliyyətini öhdələrinə almışlar.
Rusiya prezidenti Vladimr Putin Ermənistan və Azərbaycan arasında başlamış bu toqquşmaya münasibət bildirən və hər iki tərəfi toqquşmanı dayandırmağa və atəşkəs yaratmağa dəvət edən ilk rəhbər oldu.
Kremlin sözçüsü Dmitri Peskov 2 apreldə bildirdi ki, Rusiya prezidenti Qarabağ məntəqəsində silahlı toqquşmaların başlanmasından narahatdır.
-
Peskov dedi: “Putin məntəqədə yeni qurbanların qarşısının alınması üçün qarşıdurma tərəflərini dərhal müharibəni dayandırmağa, təmkin göstərməyə dəvət etmişdir və vəziyyətin silahlı qarşıdurmaya doğru sövq olmasından narahatdır”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da atəşkəsdən bir gün sonra Azərbaycanın paytaxtı Bakıda dedi: “Qarabağda toqquşmanın başladığı ilk gündən Moskva silahlı qarşıdurmanın dayandırılmasını təlaş etmişdir”.
O, müharibənin dayandırılması istiqamətində Rusiya prezidentinin ardıcıl təkidlərinə işarə edərək dedi: “Bu məqsədlə erməni və azəri tərəfləri ilə ikitərəfli və üçtərəfli görüşlər keçirilmiş, müzakirələr aparılmışdır. Qarabağda toqquşmalara xitam verilməsinin böyük əhəmiyyəti vardır”.
Xarici işlər naziri əlavə etdi: “Münaqişənin siyasi yollarla həll edilməsi layihələri araşdırılır. Rusiya cəhd edir ki, bu münaqişə diplomatik yollarla həll olunsun”.
-
Lavrov həmçinin münaqişənin dayandırılmısının zəruriliyini vurğulayaraq dedi: “Bu münaqişə məcburi köçkünlərin zərər çəkməsinə, məntəqədə sabitsizlik yaranmasına səbəb olacaq. Münaqişənin dayandırılması, onun siyasi və diplomatik yollarla həll edilməsi bizim xeyrimizədir”.