ArxivFatimi yaşayişIslammədəniyyatQarabağŞəxsiyyətlərSosialXəbər lentiXəbərlər
Qarabağ tam azad olunsun – İrandan dəstək

İran son qələbələr münasibəti ilə Azərvaycan xalqını təbrik edir və Dağlıq Qarabağın tam azad olunmasını arzulayır.
Bunu İranın dini liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amili bildirib.
S.H.Amili qeyd edib ki, işğal olunmuş ərazilərin azad olunması tam şəkildə qanuni və dini tələblərə uyğundur:
“Allahdan 1 milyon qaçqının Qarabağa, öz ərazilərinə qayıtması, Qarabağ cəbhəsində haqq müdafiəçilərinə sağlamlıq və bu qiymətli müdafiənin şəhidlərinə rəhmət diləyirəm”.