Aktual

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri: Qarabağın azad olunması uğrunda əsas ehtiyac vəhdətdir

“Qarabağ mövzusu bütün dünyada çox həssaslıqla qarşılanır və İran üçün də əhəmiyyətsiz deyil”
Rövşən Əhmədli İranın Qarabağ məsələsinə diqqətini və Qarabağ Azadlıq Təşkilatlarının məsul heyətinin Təbrizə səfərini İran və Azərbaycanın dostlarının sevinci və düşmənlərin qəzəbi adlandırıb.

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli Təbrizdə deyib: “Qarabağ mövzusu bütün dünyada çox həssaslıqla qarşılanır və İran üçün də əhəmiyyətsiz deyil”.

Rövşən Əhmədli İran xalqının öz düşmənləri ilə mübarizədə vəhdət və birliyinə işarə edərək deyib: “Azərbaycan Respublikasının müsəlmanlarının da İran xalqı kimi mübarizəni ciddi hesab etmələri və qələbə çalmalarına ümid edirik”.

Dünya imperiyasının İslama zərbə vurmaq məqsədilə Qarabağ münaqişələri kimi münaqişələr yaratmasını bildirən sədr artırıb: “Düşmən bu mövzular üzərində böyük sərmayələr qoyubdur ki, müsəlmanlar öz zəngin mədəniyyətini dünya səviyyəsində genişləndirə bilməsin”.

R. Əhmədli İranın Qarabağ məsələsinə diqqətini və Qarabağ Azadlıq Təşkilatlarının məsul heyətinin Təbrizə səfərini İran və Azərbaycanın dostlarının sevinci və düşmənlərin qəzəbi adlandırıb.

Qarabağ cinayətinin törənməsinə şəraiti yaradanın ABŞ və İsrail olmasını önə çəkən hərəkat sədri deyib: “ABŞ və İsrail öz acı hədəflərinə çatmaq məqsədilə dünyada zülmün qələbə çalmasına çalışırlar”.

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Qarabağın azad olunması uğrunda əsasən vəhdətə ehtiyaclı olduqlarını bildirərək deyib: “Bu gün dünyada müsəlmanlar böyük məsuliyyət daşıyırlar”.

O həmçinin, İran və Azərbaycan müsəlmanlarının münasibətlərinin genişlənməsini istəyərək deyib: “Azərbaycan və İran arasında ixtilaf yaratmaq istəyənlər heç vaxt öz hədəflərinə çatmayacaqlar”.

Bu gün Qarabağ Azadlıq Təşkilatlarının məsul heyətinin səfəri çərçivəsində Təbrizdə Qarabağ Beynəlxalq Konfransı Çağırışının açılışı oldu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button