ArxivXəbər lentiXəbərlər
Qarabağda erməni zabitlər qəzaya düşdülər: 2-si öldü, 2-si yaralandı

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində Laçın-Xankəndi yolu ilə hərəkət edən erməni hərbçilərinə məxsus avtomobil qəzaya uğrayıb.
Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində “VAZ 2106” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Bu zaman maşının 28 yaşlı sürücüsü və 23 yaşlı sərnişin ölüb.
Maşında olan daha iki nəfər – 23 və 21 yaşlı şəxslər ağır yaralanıblar. Yaralıların Xankəndindəki hospitala yerləşdirildiyi bildirilir. Məlumata görə, ölən və yaralananın hamısı işğal altındakı Xocavənddə yerləşən hərbi hissənin zabitləridir.