ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Qardaşı Qubad İbadoğlunun ölüm təhlükəsində olduğunu deyir

Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun səhhətinin kəskin şəkildə pisləşdiyi deyilir. O, Bakı İstintaq Təcridxanasında saxlanılır.
Avqustun 4-də bu barədə “Facebook”da yazan iqtisadçının qardaşı Qalib Bayramov bildirib ki, həkimlər Qubad İbadoğluya aortanın genişlənməsi diaqnozu qoyublar:
“Aortanın partlaması ölümlə nəticələnə bilər”.
Qalib Bayramovun sözlərinə görə, 13 gündür şəkəri və qan təzyiqi normadan xeyli yüksək olan iqtisadçı sürətlə çəki itirir:
“Hətta dərmanları vaxtında və normasında qəbul etsə belə, bunun heç bir faydası olmayacaq. Çünki hazırki saxlanma şəraiti ilə (havasızlıq, hərəkətsizlik, antisanitariya, ailəsi ilə görüşə icazə verilməməsi və digər yollarla formalaşdırılan davamlı psixoloji təzyiq səbəbindən) səhhətindəki yaxşılaşmadan danışmaq yersizdir”.
“Məsələnin ciddiliyini görüb qorxuya düşən təcridxana rəhbərliyi bu gün qardaşımın ürəyinin exokardioloji müayinəsinin aparılmasını təşkil edib, məlum olub ki, aortanın kökündəki genişlənmə son 2 həftədə 37 mm-dən 41 mm-ə yüksəlib. Bu, artıq sonuncu həyəcan siqnalıdır. Aortanın anevrizması xəstəliyində reqres mümkün deyil, yəni böyümənin geri dönüşü yoxdur, bu xəstəliyin müalicəsində məqsəd proqresin qarşısını almaqdır. Qubad İbadoğlunun arterial təzyiqi hər gün 150-100, şəkəri normadan 2-3 qat artıq olur. Bu gedişlə aortanın genişlənən hissəsinin partlaması, yəni ölüm riski qaçılmazdır”,-Qalib Bayramov belə yazıb.

O qardaşının ölüm təhlükəsilə qarşılaşdığını qeyd edərək, beynəlxalq və yerli insan hüquqları təşkilatlarını, ölkədəki diplomatik korpusları, hər kəsi – bütün gücü və iradəsi çatanları Qubad İbadoğlunun həyatının itirməməsi üçün səylərini əsirgəməməyə çağırıb.
“Məsələnin ciddiliyini görüb qorxuya düşən təcridxana rəhbərliyi bu gün qardaşımın ürəyinin exokardioloji müayinəsinin aparılmasını təşkil edib, məlum olub ki, aortanın kökündəki genişlənmə son 2 həftədə 37 mm-dən 41 mm-ə yüksəlib”.
Qalib Bayramov