FaktXəbər-in verdiyi məlumata görə, Qarabağ Azdlıq Təşkilatının üzvləri Fəxri Xiyabanda 20 Noyabr Terroru qurbanlarının məzarlarını ziyarət edib, məzarlarının üzərinə gül qoyub, ruhlarına dualar oxuyublar.
QAT sədri Akif Nağı ziyarətin sonunda bildirib: “Biz bir neçə dəfə 20 Noyabr tarixinin “Terror qurbanları günü” kimi qeyd olunması təklifi ilə Milli Məclisə müraciət etmişik. Bu gün bir daha yeni seçilmiş parlamentə müraciət edirik ki, bu məsələ ilə bağlı qanun qəbul etsinlər. Bu, həm onların xatirəsinin əbədiləşdirilməsi, eyni zamanda Ermənistanın terrorçu mahiyyətinin dünyaya nümayiş etdirilməsi üçün vacibdir. Həmçinin hesab edirik ki, erməni terrorunun qurbanı olan bu şəxslərə şəhid statusu verilməlidir.”