ArxivXəbər lentiXəbərlər

Möhsün Pak Ayin: “Azərbaycan Qafqazla əlaqədə İranın darvazası ola bilər”

İranın Azərbaycandakı səfiri Azərbaycan Respublikası heyətinin İrana səfərini müsbət adlandıraraq deyib ki, Azərbaycan Respublikası Qafqaz ilə əlaqədə İranın darvazası ola bilər.
Möhsün Pak Ayin özünün şəxsi Facebook səhifəsində Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin İran səfərinə toxunaraq, bu səfəri iki ölkə əlaqələri tarixində yaxşı bir hadisə adlandırıb.
Səfir Azərbaycan heyətinin İran rəsmiləri ilə müzakirərinə işarə edərək, bildirib: “Rəşt-Astara dəmiryolunun Azərbaycan Respublikasının ümumölkə dəmiryoluna qovuşması müsbət etaplara çatıb. Bu addım dəmiryolu vasitəsilə İranı Avropaya, Azərbaycan Respublikasını da Fars Körfəzi sularına qovuşduracaq.”
Pak Ayin qeyd edib ki, iki ölkənin Xəzər dənizində müştərək sərmayə yatırması müxtəlif neft və qaz səhələrində müştərək investisiyalar üçün münasib başlanğıc ola bilər: “İranın Şahdəniz qaz yatağının genişləndirilməsindəki iştirakından əlavə, iki ölkə Xəzər dənizində müştərək yataqların inkişafı və qaz ixracatı sahəsində də əməkdaşlıq edə bilər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button