ArxivXəbər lentiXəbərlər
Erməni tələbə Türkiyə səfirinə hücum etdi

Türkiyənin Fransadakı səfirinə hücum olub
AzadXeber.az “İhlas” xəbər agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Hakkı Akil çıxışı zamanı boyalı hücuma məruz qalıb.
Belə ki, paytaxt Parisdəki “Descartes” universitetinin hüquq fakultəsində təşkil olunan “Fransada və Türkiyədə sekulyarizm (dünyəvilik)” adlı konfransda çıxış edən səfir qəfildən naməlum şəxs tərəfindən boyalı hücuma məruz qalıb. Auditoriyada yerindən qalxan naməlum şəxs kürsüyə yaxınlaşaraq əlindəki boya ilə doldurulmuş qabı səfirin üzərinə atıb.
Təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılan şəxsin erməni əsilli tələbə olduğu məlum olub.