ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Qırğızıstanda ölkə rəhbərliyinə sui-qəsddə şübhəli bilinən 5 azərbaycanlı saxlanılıb

Qırğızıstanda transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olan Azərbaycan vətəndaşlarının saxlanıldığı bildirilir.
Onların Qırğızıstanın dövlət rəhbərliyinə sui-qəsdə ittiham olunduğu iddia edilir.
Bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat mərkəzi məlumat yayıb.
Bildirilib ki, Qırğızıstanın milli təhlükəsizlik orqanları V.M.Əliyev, S.A.Bağırov, M.O.Əsgərov, M.S.Bekhbudrov və Z.İ.Məmmədovu saxlayıblar:
“Daxil olan əməliyyat məlumatlarına görə, M.O.Əsgərov kriminal aləmdə “sələfi” statusuna malikdir. Kriminal mühiti gücləndirmək və oğru ideologiyasını yaymaq, habelə statusunu artırmaq məqsədilə dövlətin mütəşəkkil cinayətkarlığa qarşı fəal mübarizə siyasəti ilə əlaqədar olaraq, cinayət ortaqları ilə birlikdə Qırğızıstana gələrək ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədi güdüblər”.
Eyni zamanda, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməliyyat məlumatı əsasında axtarışda olan digər birinin – Raimbek Matraimovun Azərbaycanın paytaxtı Bakıda olduğu bildirilir:
