İran və Azərbaycan ticarət əlaqələri 400 milyon dollara çatdı

İran İslam Respublikasının Azərbaycandakı səfiri cari ilin ilk 8 ayında iki ölkə arasındakı ticarət əlaqələrinin 400 milyon dollara çatdığını bildirib.
İRİB-nin verdiyi məlumata görə, Cavad Cahangirzadə Bakıda keçirilən Beynəlxalq Tikinti Sənayesi Sərgisində iştirak edən İran şirkətlərinin pavilyonlarına baxış keçirdiyi zaman deyib: Bu ticarət mübadiləsinin üçdə biri tikinti materiallarına aiddir.
O, Azərbaycanın qarşıdan gələn illər ərzində otellərinin sayını 500-dən 1000-ə çatdırmaq niyyətində olduğunu xatırladıb və deyib: Bu, İran İslam Respublikasında tikinti sənayesində fəaliyyət göstərən şirkətlər üçün yaxşı potensial sayılır.
Cahangiri İranın tikinti məhsullarının keyfiyyətli olmasına işarə edərək, deyib: Azərbaycanın tikinti bazarı ilə yanaşı, bu ölkə bir tramplin ölkədir və regionun 200 milyonluq bazarına giriş üçün qapı sayılır. Və bu potensialdan istifadə etmək lazımdır.