ArxivXəbər lentiXəbərlər
Qiyas İbrahimovun məhkəmədə qanını tökdülər

Bu gün Bakı Apelyasiya Məhkəməsində Nidaçı gənc Qiyas İbrahimin şikayətinə baxılıb. Məhkəmə iştirakçılarının “Basta”ya verdiyi məlumata görə, məhkəmə Qiyas İbrahimin şikayətini təmin etməyib.
Məhkəmədə Qiyas İbrahimin özü də iştirak edib. O, danışmaq istəyərkən mikrafonu söndürüblər. Qiyas İbrahim mikrafonu yerə atıb. Bundan sonra onu qandallayıb aparıblar. Məlumatda bildirilir ki, Qiyas İbrahimin qoluna qandal bağlanarkən nəzarətçilər zor işlədib. Nəticədə vicdan məhbusunun əli qanayıb.