qafqaz.ir -un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ Müdafiə Nazirliyi bəyan edib ki, əgər Türkiyə Rusiyadan S-400 ZRK-ləri alarsa, rəsmi Ankaranı Ağ Evlə münasibətlərdə “ciddi nəticələr” gözləyəcək. Bu sözləri Pentaqonun mətbuat-katibi vəzifəsini icra edən Çarlz Sammers jurnalistlərə deyib. “Əgər Türkiyə S-400-ü alarsa, bu, bizim onlarlar hərbi münasibətlərimiz nöqteyi nəzərindən, ciddi nəticələrə səbəb olacaq”, - deyə o bildirib.