ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
“Qızılca ilə əlaqədar xəstəxanalarda yer tapmaq müşkülə çevrilib”

Azərbaycanda son 2-3 ayda qızılca virusu yayılıb. Virusa yoluxanların statistikası gizli saxlanılsa da, yerli mətbuatda indiyədək 10-dan çox azyaşlının qızılcadan vəfat etdiyi bildirilir.
34 yaşlı Bakı sakini Arifə Abdullayeva ötən ayın sonunda qripə yoluxub. Xəstəlik tam sağalmamış üstəlik qızlcaya da yoluxub. A.Abdullayeva Meydan TV-yə bildirib ki, onu xəstəxanaya yerləşdirmək üçün təcili yardım həkimləri təxminən 2-3 saat ərzində xəstəxana axtarışına çıxıblar. Məlum olub ki, xəstəxanalar viruslu xəstələrlə dolub.
“Palatalar dolmuşdu. Məni bir az da tanışlıqla xəstəxanaya yerləşdirə bildilər. Karantin müddəti bitir. Amma hələ də özümə gələ bilməmişəm. İş qabiliyyətim aşağı düşüb. Özümü yorğun və gücsüz hiss edirəm”, – deyib.

Təcili yardım həkimlərindən biri Meydan TV-yə danışıb ki, qızılca virusundan müraciətlər artıb. Çağırışların hamısı haqqında TƏBİB və ərazi üzrə poliklinkalara məlumatlar ötürülür. Çox zaman ağır xəstələr və ölümlərlə bağlı diaqnozda qızılca deyil, onun törətdiyi fəsadlar qeyd olunur.
“Həqiqətən də, xəstəxanalarda yer tapmaq müşkül məsələyə çevrilib. Bəzi modul tipli xəstəxanalar məhz qızılca xəstələri üçün ayrılıb”, – həkim deyib.
