ArxivIslamXəbər lentiXəbərlər
QMİ-də din və ictimai xadimlər biraraya gəldilər

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilk növbə İranın Sənaye, Mədən və Ticarət naziri Reza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyətini və İranın Ali Dini Lideri Əli Xameneinin Azərbaycan nümayəndəsi Höccətülislam Əliəkbər Ocaqnejadı qəbul edib.
Qəbulda idarənin rəsmiləri və digər qonaqlar iştirak edib.
İranlı nazir və qonşu ölkənin digər rəsmiləri də Azərbaycan-İran dostluğundan, əlaqələrin daha da genişlənməsindən məmnun olduqlarını bildiriblər.
Görüş 12-ci İmam, Həzrəti Məhdinin mövludu ərəfəsi olduğundan hər iki din xadimi Həzrəti Sahibzamanın mövludunun önəmi, bu günün fəzilətlərindən danışıblar. Sonradan QMİ-də qonağın iştirakı ilə mərasim də təşkil olunub, iranlı və yerli şairlər şeir-qəzəllər oxuyublar. Mərasimə din və ictimai xadimlər, ilahiyyatçılar da qatılıblar. (video realtv)